Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
27 sentyabrın​ xalqımızın zəfər tarixinin başlanğıcı kimi bizlərin qürur günümüzdür

1/1

  •        27 sentyabr Azərbycanda anım günüdür. Bu elə bir tarixdir ki, həmin günü sözlə ifadə etmək, səsləndirmək və ya kağız üzəinə tökmək olduqca çətindir. 27 sentyabr 2020 - ci ildə Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında erməni faşistlərinin növbəti təxribatına qarşı əks hücuma keçərək qurtuluş savaşına başladı. Qəhəman oğullarımız ölümün gözlərinə dik baxaraq qarşılarına yalnız Vətən torpaqlarını azad etmək missiyasını​ qoydular . Onlar sözün həqiqi mənasında " Ya Qarabağ , ya ölüm ! " şüarı altında döyüşə atıldılar . Düşmən təmas xəttində güclü istehkam işləri həyata keçirib möhkəm , keçilməz sədlər yaratmışdı . Rəşadətli Azərbaycan ordusu düşmənin bütün keçilməz hesab etdiyi müdafiə xəttini darmadağın etdi . Bu döyüşlərdə ilk şəhidlərimizi verdik. Elə döyüşlərin ilk günündə Füzuli rayonunun 3 kəndi, Cəbrayıl rayonunun 2 kəndi mənfur düşməndən azad edildi.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Ölkəmiz Vətən müharibəsini zəfərlə başa çatdırdıqdan sonra Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyevin 02 dekabr 2020 - ci il tarixli sərəncamı ilə 27 sentyabr ölkəmizdə Vətən müharibəsi şəhidlərinin xatirəsinə hörmət əlaməti olaraq Anım Günü kimi qeyd olunmağa başladı. 27 sentyabrın​ Anım Günü kimi qeyd olunmasına baxmayaraq , bu gün eyni zamanda xalqımızın zəfər tarixinin başlanğıcı kimi bizlərin qürur günümüzdür. Çünki, qəhrəman Azərbaycan oğulları öz canlarını qurban verib xalqa tarixi bir zəfər yaşatdılar . Torpaqları düşməndən geri alıb , özləri geri dönməyən igidlərin sayəsində ilk dəfə olaraq itirilmiş torpaqlarımız özümüzə qayıtdı .​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 27 sentyabr 2022 - ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ölkənin 1 - ci Vitse prezidenti Mehriban xanım Əliyeva Anım Günü münasibətilə Füzuli rayonuna səfər etmişlər. Ölkə başçısı və birinci xanım ilk şəhid verdiyimiz Füzuli rayonu Qaraxan bəyli kəndində şəhiləin xatirəsini əbədiləşdirmək məqsədilə qoyulmuş qaya parçasını ziyarət etmişlər. Prezident İlham Əliyev qeyd etmişdir ki , 2020 - ci ilin bu günündə Azərbaycan ordusu burada əsil qəhrəmanlıq nümunəsi göstərmişdir. Burada gedən döyüşlərdə ilk şəhidlərimizi vermişik, həm də ilk ərazilərimizi işğaldan azad etmişik. Elə dayandığımız bu ərazi də Füzuli rayonunun Qaraxanbəyli kəndinin ərazisidir və ilk azad edilən ərazilərimizdəndir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Azərbaycan respublikasının prezidenti vurğuladı ki , artıq biz öz torpaqlarımızın sahibiyik . Sahibi olduğumuz ərazilərdə geniş quruculuq işlərinə başlamışıq . Bir çox şəhələrimizin baş planı hazırdır . İndi bütün ərazilərdə infrastruktur sürətlə bərpa edilir. Hər yerdə tikinti işləri həyata keçirilir. Yaxın ələcəkdə Şuşa və Laçın şəhərlərinin bir qrup əhalisinin doğma yurdlarına köçürülməsini planlaşırırıq . Həyata keçirilən quruculuq işləri ilə paralel olaraq bölgədə sülhün bərqərar olması üçün böyük səylər göstəririk . Ancaq təəssüflə qeyd etmək istərdim ki , ermənilər yenə də öz şakərlərinə sadiq qalaraq prosesi ləngitməyə çalışır , müxtəli təxribatlara əl atırlar . Ancaq onlar anlamırlar ki , ötən hər bir gün onların ziyanına işləyir . Onlar nə qədər tez bizim təklifəri qəbul etsələr, o qədər də işlər onların xeyrinə olar . Əks təqdirdə onlar daha da acınacaqlı vəziyyətə düşəcəklər .​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Azərbaycan respublikasının prezidenti və birinci vitse - prezident səfərin davamında Şuşa şəhərində olmuşlar. Onlar Şuşada Yuxarı Gövhər aga məscidində aparılan bərpa işlərinin gedişi ilə tanış olmuşlar. Onlar daha sonra Şuşada aparılan digər işlərin gedişi ilə də yaxından tanış olmuşlar.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Ölkə başçısının sərgilədiyi siyasi iradə ondan xəbər verir ki, işğaldan azad edilmiş ərazilərimizdə tezliklə həyat​ canlanacaq və həmin ərazilərin əhalisi öz doğma yurdlarında yaşayıb çalışacaq, həmin ərazilərin inkişafına öz thfələrini verəcək. Ələddin Əhmədov​,Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib45 dəfə
    27 sentyabrın​ xalqımızın zəfər tarixinin başlanğıcı kimi bizlərin qürur günümüzdür

    Maraqlı gələ bilər